23 may 2025-ci il tarixdə, saat 15:00-da “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində baş tutacaq.
Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:
1. "Unicapital İnvestisiya Şirkəti" ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2024-cü il üzrə illik hesabatının təsdiq edilməsi barədə;
2. "Unicapital İnvestisiya Şirkəti" ASC-nin 2024-cü il üzrə maliyyə hesabatlarının (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər əlavə edilməklə) təsdiq edilməsi barədə;
3. Cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün məsul şəxs Cəmiyyətin əməkdaşı Fidan Əkbərli təyin edilb.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]