Bu ilin yanvar-mart aylarında “Unicapital” ASC investisiya şirkətinin birja dövriyyəsi 1 milyard 801 milyon 275 min manat olub.
“Unicapital”ın REPO əməliyyatlarının həcmi 6 dəfəyə yaxın artıb
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsi son bir ildə 1 milyard 210 milyon 240 min manat, yaxud da 3,05 dəfə artıb.
Belə ki, 2025-ci ilin birinci rübündə şirkətin birja dövriyyəsi 591 milyon 35 min manat olmuşdu.
Qeyd edək ki, hesabat dövründə “Unicapital” ASC də daxil olmaqla, dörd investisiya şirkətinin birja dövriyyəsində artım müşahidə olunub.














