Unicapital İnvestisiya Şirkətinə məxsus olan UTrader ticarət terminalı investisiya təcrübəsini daha da müasir və rahat etmək məqsədilə “Trading Portal” veb-platformasını istifadəyə verdi.
FED.az xəbər verir ki, bu addım investisiya sahəsində innovasiyaya və istifadəçi rahatlığına yönəlmiş strategiyanın növbəti mərhələsidir.
Yeni versiya sadə naviqasiya və optimallaşdırılmış interfeysi sayəsində bazar məlumatlarına daha sürətli çıxış, əməliyyatların daha çevik icrası imkanları təqdim edir. İstifadəçilər ticarət alətlərini, bazar xəbərlərini və qrafikləri vahid ekranda idarə edərək vaxta qənaət edə və daha effektiv qərarlar verə biləcəklər.
“Trading Portal” ilə investorların əldə edəcəkləri əsas üstünlüklər:
- Seçilmişlər paneli və multidiaqramlar: Qlobal bazarların alətlərini, qrafiklərini və real vaxtda qiymət dəyişikliklərini eyni ekranda izləmək imkanı;
- “Treyd et” pəncərəsi əməliyyatların tez və rahat icrası üçün yaradılıb. İstifadəçi interfeysin idarəetməsini fərdiləşdirərək öz tərzinə uyğunlaşdıra bilər;
- İnkişaf etmiş müxtəlif qrafik tipləri ilə peşəkar analiz üçün geniş imkanlar.
Yeni veb “Trading Portal” ilə ətraflı tanış olmaq üçün: Link
Hesab açılışı üçün müraciət etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://unicapital.az/xidmetler/utrader/
Xatırladaq ki, doğma dilimizdə yaradılan ilk treydinq platforması olan UTrader, özündə yerli və xarici səhmlər, istiqrazlar, kriptovalyutalar, “ETF”lər kimi 40 000-dən çox investisiya alətini cəmləyir.















