7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 360 gün, nominal dəyəri 100 manat olan AZ2015002028 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə birqiymətli hərrac yekunlaşıb.
"Unibank"ın yüksək gəlirli manat istiqrazlarının hansı üstünlükləri var? - MÜSAHİBƏ
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 52 investor tərəfindən 52 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların ödəmə tarixi 01.09.2024-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.