ABŞ-ın taksi proqramı Uber, həftənin son əməliyyat günündə Nyu York birjasında səhmlərini ilk dəfə satışa çıxarıb.
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin bir səhmi 45 dollardan satışa çıxarılıb. Ümumilikdə isə şirkətin bazar dəyəri 82,4 milyard dollar hesab olunur. Hazırda şirkətin səhmlərinin qiyməti 7,6% ucuzlaşıb və 41,57 dollardan ticarət olunub.
Analitiklərin fikrincə bu vəziyyətin, 2018-də 3 milyard dollar zərər edən şirkətin mənfəətə keçə biləcəyinə dair narahatlıqlar olmasından və sərmayəçilərin buna görə təmkinli davranmasından qaynaqlandığını bildiriblər.
Eləcə də bax: İsveçrə saatlarında bitkoin cüzdanı olacaq - YENİLİK
“UBER”in birjada ilk günü “ürəkaçan” olmayıb
10:36
13 May 2019