“Uber Advanced Technologies” şirkəti rəsmi olaraq səhmlərin ilkin kütləvi təklif (İPO) üsulu ilə yerləşdirilməsini elan edib və bunun nəticəsində şirkət 1 mlrd. ABŞ dollarını cəlb etməyə planlaşdırır.
FED.az xəbər verir ki, artıq bununla bağlı bildiriş aprelin 11-də ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasına göndərilib.
İPO Nyu-York Fond Birjasında həyata keçiriləcək. O, bu Fond Birjasında qiymətli kağızları dövriyyə edən şirkətlərin listinqində “UBER” kimi göstəriləcək.
Eləcə də bax: Beynəlxalq Bankın 27 мин səhmi satılıb - MƏBLƏĞ
Anderrayter qismində “Morgan Stanley”, “Goldman Sachs”, “Bank of America”, “Merrill Lynch”, “Barclays”, “Citigroup” və bir sıra digər banklar çıxş edəcəklər. Potensial investorlar və mütəxəssislər üçün təqdimat dünyanın bir çox şəhərlərində bu ayın sonunda baş tutacaq. Səhmlərin yerləşdirilməsi isə mayın əvvəlində nəzərdə tutulur.
Bundan öncə “Reuters” agentliyi isə mənbəyə istinadən bildirmişdi ki, şirkət səhmlərin ilkin kütləvi təklifi üsulu ilə yerləşdirilməsindən təxminən 10 mlrd. dollar cəlb etməyi planlaşdırır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.