SpaceX-in qurucusu və Tesla-nın baş direktoru İlon Mask Twitter səhmlərinin qiymətlərini manipulyasiya etməkdə ittiham olunur.
FED.az xəbər verir ki, bu səbəbdən o, Twitter investoru Cüzeppe Pampena tərəfindən məhkəməyə verilib.
İddiaçı bildirib ki, İlon Mask oktyabrın əvvəlində Twitter alışını yenidən açmağa razılıq verərkən və sövdələşmənin sona çatmasını tələb edərkən «əslində bütün bu dövrdə blef etdiyini etiraf edib».
Belə ki, İlon Maskın «Twitter»ə qarşı ittihamları şirkətin səhmlərini aşağı saldı, bu da investorlara zərər vurdu və eyni zamanda danışıqlar zamanı Maskın mövqeyini yaxşılaşdırdı.
Maskın "fırıldaqçılıq fəaliyyəti" Twitter səhmlərinin dəyərini əhəmiyyətli dərəcədə aşağı saldı, eniş təxminən 7-8 faiz təşkil etdi. İnvestor əmindir ki, milyarder bu yolla ya sövdələşmədən çıxa, ya da sövdələşmənin bazar qiymətinə 25 faiz yenidən baxa, yəni onu 11 milyard dollara endirə biləcəyi «rıçaq» yaratmaq istəyib.
Xatırladaq ki, Mask bu il aprelin 25-də Twitter ilə müqavilə imzalayıb. Müqavilə 44 milyard dollar dəyərində qiymətləndirilib. Müqavilə ilin sonuna qədər bağlanmalı idi, lakin iyulun 9-da sahibkar bundan imtina etdi. Oktyabrın 4-də milyarderin yenidən sosial şəbəkə əldə etmək istədiyi məlum olub. O, sosial şəbəkəyə hər səhmin ilkin dəyəri 54,2 dollar olan satışı bərpa etməyi təklif edib.