Türk Lirəsinin dəyərdən düşməsinin davam edəcəyini proqnozlaşdıran “Goldman Sachs Group Inc” xəbərdarlıq etdi: Avqust ayında kəskin ucuzlaşma riski daha da artacaq.
Eləcə də bax: Bitkoin 1 illik rekordunu yenilədi - SON QİYMƏT
FED.az xəbər verir ki, lirə bu ay dollara nisbətdə 4 faizdən çox ucuzlaşaraq dünyada ikinci ən pis işləyən valyuta halına gəlib.
TL-nin illik dəyər itkisi 18 faizi keçib.
“Goldman” Dollar/TL məzənnəsində 3, 6 və 12 aylıq proqnozlarını 7.75, 8 və 8.25 səviyyələrinə qaldırıb. Əvvəlki hesablamalar müvafiq olaraq 7, 7.50 və 8 idi.
Goldman analitiklərinin hesabatında deyilir: "Artan yerli valyuta depozitləri və pisləşən inflyasiya, məhdud ehtiyatlar, xarici maliyyələşdirmə çatışmazlığı və qeyri-normal siyasət nəzərə alındıqda dolların lirə önündə bahalaşma riski qısa müddətdə yüksəlmək istiqamətindədir"
TL-nin azalmasının digər inkişaf etməkdə olan bazarlara təsirinin 2018-ci illə müqayisədə daha aşağı olacağı bildirilən hesabatda "Yüksək faiz dərəcələri ödəyən inkişaf etməkdə olan bazarlar üçün hələ də bir maneə var." deyilir.