2022-ci ildə Türkiyənin İstanbul Fond birjasının – «Borsa İstanbul 100» indeksi dollar ifadəsində 80%-dən çox artaraq Türkiyənin fond birjasını dünyanın ən gəlirli bazarına çevirib.
1,5 ildən sonra Türkiyənin inflyasiyasında - İLK YAVAŞLAMA
FED.az xəbər verir ki, bu barədə «Bloomberg» məlumat yayıb. Nəşr qeyd edir ki, «Borsa İstanbul 100 indeksi» dollar ifadəsində 80%-dən çox, lirədə isə 150%-dən çox bahalaşıb ki, bu da 1999-cu ildən bəri Türkiyə birjasında qeydə alınan ən yaxşı göstəricidir.
Agentliyin məlumatına görə, oktyabr ayında artıq 83%-i keçən rekord inflyasiya şəraitində yerli investorlar öz ölkələrinin səhmlərinə bir növ «təhlükəsiz sığınacaq» kimi investisiya qoymaq qərarına gəliblər. Eyni zamanda, Türkiyə Mərkəzi Bankı iqtisadi artım naminə faiz dərəcəsini azaltmağa davam edir.
Analitiklər hesab edirdilər ki, ölkədə inflyasiya azalmağa başlasa belə, Türkiyə səhmlərinin cəlbediciliyi 2023-cü ilin birinci yarısında da davam edəcək.
İyunun əvvəlində Bloomberg xəbər vermişdi ki, Türkiyə fond bazarı 2022-ci ilin yanvar-may ayları üçün yerli valyuta baxımından dünyada ən yaxşı dinamikanı nümayiş etdirib. Türk səhmləri artan inflyasiyadan qorunmaq istəyən türk investorlar arasında populyarlıq fonunda qlobal səhm bazarlarının qalan hissəsini üstələyib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.