Türkiyədə dollar 7,24 lirə səviyyəsinə qalxaraq rekord səviyyəyə yüksəlib.
Eləcə də bax: Banklarda dollar, avro, rubl və lirənin – ALIŞ-SATIŞ QİYMƏTLƏRİ (07.05.2020)
FED.az xəbər verir ki, ötən həftə 7 lirəni keçən dollar bu gün 7.24 səviyyəsinə yüksələrək bütün dövrün ən yüksək səviyyəsinə çatıb. Ümumiyyətlə, lirə 2020-ci ildə 18% dəyər itirib.
Qeyd edək ki, məzənnə sonuncu dəfə 2018-ci ilin Avqust ayında bu səviyyəyə qədər yüksəlmişdi.