Seçkilərdən sonra keçən daha bir həftə Türkiyə birjalarının sabitləşməsi ilə başa çatıb. FED.az xəbər verir ki, İstanbul Birjası keçən həftəni 9,5% enmə ilə başa vursa da, bu həftəni 4,8% yüksələrək 89 744-dən 94 082 pilləyə yüksəlib. İstanbul Birjası ilə yanaşı, lirənin məzənnəsi də saitləşib.
Xatırladaq ki, əvvəlki həftə ərzində dolların lirə qarşısında məzənnəsi 5,8% yüksələrək 4,59 lirədən 4,83 lirəyə qalxmışdı. Bu həftə isə dollar cəmi 0,04 lirə geriləyərək 4,79 lirə olub.
Dollarla birgə digər xarici valyutaların məzənnəsi də azalıb. Həftə sonu avro 0,09 lirə geriləyərək 5,62 lirədə, funt-sterlinq isə 0,16 lirə geriləyərək 6,30 lirədə qərarlaşıb.
Türkiyədə dollar və birja sabitləşib – SON RƏQƏMLƏR
14:08
21 İyul 2018