Türk lirəsi dollar qarşısında dəyər qazanıb. FED.az xəbər verir ki, dollar 0,27% geriləyərək 6,0390 lirə təşkil edir.
Avro və funt da ucuzlaşır. Avro 0,39% düşərək 7,0059 lirə, funt-sterlinq 0,31% azalaraq 7,87 lirəyə ticarət olunur.
Qeyd edək ki, liənin bahalaşmasının səbəbi keşiş Endryu Bransonun azad ediləcəyi xəbəri olub.
İstanbul Birja indeksi 100 299 xala qalxaraq son 4 ayın ən yüksək göstəricisini gördükdən sonra yenidən 0,34% dəyər itrərək 99 957 xal olub.
Türkiyədə dollar 6 lirəyə düşür
08:40
1 Okt 2018