Türkiyə birjalarında 7 bankın səhmlərinin açıq satışı (qısa satışı) qadağan edilib. FED.az xəbər verir ki, bu barədə Türkiyənin qiymətli kağızlar bazarının requlyatoru Sərmayə Bazarları Qurumu qərar qəbul edib.
Eləcə də bax:İstanbul birjası Trampın hədələrindən sonra - ÖZÜNƏ GƏLDİ
Qərara əsasən, bu gündən etibarən İstanbul Birjasında «Akbank», «Garanti Bankası», «Halkbank», «İş Bankası», «Türkiye Sınai Kalkınma Bankası», «Vakıfbank» və «Yapı Kredi» banklarının səhmlərinin açıq satışı bu gündən qadağan edilib.
Bu bankların səhmlərinin satışı yalnız depozit şərti yerinə yetiriləndən sonra mümkün olacaq.
Qısa satış - səhm qiymətlərinin artması əvəzinə azalmasından qazanc əldə etmək istəyən investorların borc almaq şərti ilə əllərində olmayan səhmləri satmaqları deməkdir.