Türkiyədə dolların ucuzlaşması bu gün də davam edib.
FED.az xəbər verir ki, yanvarın 25-də birjalarda dollar ticarətə 3.7350 lirə məzənnəsi ilə başlayıb. Gün ərzində isə mövqeyini bir qədər möhkəmləndirə bilib.
Bu saatlarda Türkiyədə 1 dollar 3.74 lirəyə ticarət edilir. Mütəxəssislər məzənnənin 3.75 dollar/lirə aralığından yüksəyə qalxmayacağını proqnoz edirlər.
Avronun məzənnəsi də ötən günlə müqayisədə 0,25% artaraq 4.65 lirəyə qalxıb.