Trampın İranaın elektrik stansiyalarını məhv etmək barədə təhdidindən sonra Bitcoinin qiyməti kəskin şəkildə aşağı düşüb.
FED.az bizqes və maliyyə xəbərləri portalı xatırladır ki,
Tramp Tehran Hörmüz boğazını 48 saat ərzində açmasa, bütün İran elektrik stansiyalarını məhv etməklə hədələyib.
Bu ultimatumdan sonra bitkoinin martın 17-də 76 min dollardan artıq olan qiyməti 69 min dollara, indi isə 68 min dollara enib.
«Binance» kriptovalyuta birjasının məlumatlarına görə, ABŞ Prezidenti Donald Trampın İrana ultimatumundan sonra Bitcoin (BTC) qiyməti 2,68% azalaraq 68 686 dollara düşüb.
Xatırladaq ki, Tramp Tehran Hörmüz boğazını 48 saat ərzində açmasa, bütün İran elektrik stansiyalarını məhv edəcəyi ilə hədələyib.
Xatırladaq ki, 17 martda Bitcoin-in qiyməti 4 fevraldan bəri ən yüksək səviyyəyə çataraq 76 000 dollar olmuşdu. Amma martın 18-də Federal Ehtiyat Sisteminin faiz dərəcəsi qərarından əvvəl beş saat ərzində bitkoin 4%-dən çox düşərək 70 900 dollara enib.












