Bir neçə gün əvvəl ABŞ-ın müxtəlif şəhərlərində ölümlə nəticələnən hadisələr və bundan sonra prezident Donald Trampın zorakılığa qarşı bəyanatı ABŞ-ın rəqəmsal oyunlar istehsal edən şirkətlərinə mənfi təsir edib.
FED.az xəbər verir ki, Texas və Ohayo ştatında odlu silahla baş verən və insan tələfatı ilə nəticələnən hadisələrdən sonra ABŞ prezidenti cəmiyyətdə zorakılığın bəyənilməsinin qarşı çıxıb.
Trampın bəyanatından sonra video oyun istehsalçısı olan şirkətlərin səhmləri 5% ucuzlaşıb. «Bloomberg»in məlumatına görə, o cümlədən «Activision Blizzard Inc.»ın səhmləri 5,86% azalaraq 46,1 dollara, «Electronic Arts Inc»in səhləri 4,63% azalaraq 88,59 dollara və «Take-Two Interactive Software Inc» şirkətinin səhmləri 5,19% azalaraq 115,38 dollara düşüb.
«Biz zorakılığın bəyənilməsini dayandırmalıyıq. Bu həm də son vaxtlar adi hala çevrilmiş qanlı video oyunlara aiddir. Hazırda yeniyetmələr zorakılığı təqdir edən hallarla əşatələnib. Biz bunun qarşısını almalı və miqyaslarını azaltmalıyıq. Və bu işlər dərhal başlanmalıdır» - Tramp bildirib.
Prezidentin bu bəyanatı oyun industriyasına yatırım edən investorları narahat edib. Bu da son nəticədə şirkətlərin səhmlərinin ucuzlaşmasına səbəb olub.
Qeyd edək ki, elə indiyə qədər də kompüter oyunlarının hazırlayıcıları ABŞ-dakı hər iki partiya tərəfindən tənqidə məruz qalırdılar – siyasilər son vaxtlar artan zorakılıq hallarına bu şirkətlərin istehsal etdiyi oyunların da səbəb olduğunu bildirirlər.
Trampın bəyanatı video oyun şirkətlərinin - SƏHMLƏRİNİ UCUZLAŞDIRIB
11:25
8 Avq 2019