Wall Street Journal-ın məlumatına görə, Tramp ailəsi tanınmış Binance.US birjasından pay almaq üçün danışıqlar aparır.
Silisium Vadisində böhran, texnologiya şirkətlərinin səhmləri - KƏSKİN UCUZLAŞDI
FED.az xəbər verir ki, bu sərmayə World Liberty Financial adlı şirkət vasitəsilə ediləcək. Şirkət, Tramp ailəsinə bağlı olan və Trampın dostu Steve Witkoff tərəfindən qurulub.
Bu xəbərin yayılması ilə Binance-in BNB kriptovalyutası 5% artaraq 600 dolları keçib. Binance.US bu barədə şərh verməkdən imtina edib, lakin Binance-in keçmiş rəhbəri Changpeng Zhao bu xəbəri yalan olaraq təkzib edib.
Son dövrlərdə Binance ABŞ-da çətinliklərlə üzləşib. SEC (Securities and Exchange Commission) – Dövlət Qiymətli Kağızlar və Birja Komissiyasının rəhbəri Gary Gensler şirkəti "dələduzluq yuvası" olaraq qələmə vermişdi, nəticədə minlərlə müştəri itirilmiş və işçilərin 70%-i ixtisar olunmuşdu. 2023-cü ildə Binance təqsirli olduğunu etiraf edib və 4,3 milyard dollar məbləğində cərimə ödəməyə razılaşıb, eyni zamanda ölkədə biznes fəaliyyəti dayandırılmışdı. Birja Trampın ailəsinə pay satmaqla ABŞ-da fəaliyyətini bərpa etmək istəyir.
Son günlər vəziyyət dəyişib və Abu-Dabi mənşəli MGX investisiya şirkəti Binance-ə 2 milyard dollar sərmayə qoyub, həmçinin dollar əməliyyatları bərpa olunub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.