ABŞ Prezidenti Donald Tramp "Twitter"dən "Bitcon" və "Facebook"un "Libra"sı daxil bütün kriptovalyutaları hədəf alıb. Tramp ABŞ-ın yeganə pul vahidinin ABŞ Dolları olduğunu vurğulayıb
ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabından bu dəfə kriptovalyutalara hücum edib. FED.az xəbər verir ki, ard-arda yazdığı 3 "tweet"lə kriptovalyutaları dəstəkləmədiyini açıqlayıb.
Eləcə də bax:Azərbaycan neftinin - SON QİYMƏTİ
Tramp yazdığı ilk "tweet"ində, "Qiymətləri oynaq olan "Bitcoin" və digər kriptovalyutaların tərəfdarı deyiləm. Tənzimlənməyən kriptovalyutalar narkotik ticarət, o cümlədən qanunsuz fəaliyyətlərdə istifadə edilir",- ifadələrini istifadə edib.