ABŞ prezidenti Donald Tramp “Facebook”, “Instagram” və “Whatsapp”ın sahəbi olan “Meta” şirkətinin 25 milyon dollarlıq səhmini satın alıb.
FED.az xəbər verir ki, sənədə görə, Tramp avqust ayında maliyyə aktivlərinin 517 alış-verişi və satışı həyata keçirib. Ən böyük əməliyyat 5 ilə 25 milyon dollar arasında dəyərində Meta səhmlərinin alınması olub.
CNBC-nin təhlilinə görə, Trampın maliyyə hesabatı olan 18 səhifəlik sənəddə Ağ Ev rəhbərinin hər ay 1000-dən çox əməliyyat açıqladığı iyun və iyul ayları ilə müqayisədə əməliyyatların azalmasına baxmayaraq, Trampın investisiya portfelinin yüksək aktiv olduğu göstərilir.














