Kripto mübadilə birjası “Thodex”in qurucusu Faruk Fatih Özer dünən, təxminən 2 milyard dollar ilə İstanbul Hava limanından xaricə qaçıb.
Eləcə də bax: Türkiyədə kriptovalyutaların ödəmələrdə istifadə edilməsi - Qadağan Edildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, son günlərdə pul köçürmələrində problem yaşayan kripto mübadilə platforması “Thodex”in veb saytı bağlanıb. İnvestorların hesablarına girişi kəsilib.
Kripto valyuta ticarət platforması olan “Thodex”də 400 min insanın hesabı olduğunu və bunlardan 391 mininin aktiv hesab olduğu qeyd edilib. “Birjanın aylıq 100 milyard lirə, təxminən 12 milyard dollar əməliyyat həcmi olduğu bildirilib ki, bu da respublika tarixində ən böyük fırıldaqçılıq faktı kimi qeyd edilib.
“Thodex” qurucusu Faruk Fatih Özer “Twitter” və “Instagram” hesablarını bağlayıb