Fond bazarlarında səhmlərin qiymətləri daim dəyişir və investorlar bu dəyişiklikləri diqqətlə izləyərək qərarlar verirlər. Səhmlərin günlük hərəkəti, şirkətlərin maliyyə göstəricilərindən tutmuş qlobal iqtisadi trendlərə qədər bir çox amildən təsirlənir.
Rekord səviyyələrdə oynayan kriptovalyuta liderinin - SON QİYMƏTİ
FED.az xəbər verir ki, son ticarət sessiyasının nəticələri göstərir ki, Tesla və NVIDIA səhmləri ən çox ucuzlaşanlar arasında liderdir, buna qarşılıq Berkshire Hathaway isə ən çox bahalaşan səhmdir.
Qeyd edək ki, Tesla səhmləri 5,58% dəyər itirərək 272,06 dollara, NVIDIA isə 5,74% ucuzlaşaraq 113,76 dollara düşüb. Texnologiya sektorunda fəaliyyət göstərən digər iri şirkətlər – Meta, Amazon və Alphabet (Google) də ciddi dəyər itkisi ilə üzləşib, bu da ümumi bazar tendensiyalarının texnoloji səhmlər üçün mənfi olduğunu göstərir. Microsoft və Apple da azalma göstərsə də, onların itkiləri nisbətən daha azdır.
Maraqlıdır ki, Berkshire Hathaway səhmləri bazardakı eniş fonunda yeganə nəzərəçarpacaq artımı göstərərək 0,82% bahalaşıb. Bu, şirkətin bazar dalğalanmalarına qarşı daha dayanıqlı olduğunu və investorların ona inamının yüksək qaldığını göstərir.
Ümumi mənzərəyə baxdıqda xüsusilə texnologiya sektoruna aid səhmlər ciddi dəyər itkisi ilə üzləşib ki, bu da bazardakı risklərə və investorların ehtiyatlı mövqe tutmasına işarə edir.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
221,53 |
-0,99 |
2 |
Amazon.com |
201,13 |
-2,23 |
3 |
Meta Platforms |
610,98 |
-2,45 |
4 |
Berkshire Hathaway |
533,21 |
+0,82 |
5 |
Visa |
344,18 |
-0,13 |
6 |
Johnson & Johnson |
161,72 |
+0,43 |
7 |
Microsoft |
389,97 |
-1,31 |
8 |
Alphabet (Google) |
167,14 |
-3,27 |
9 |
Tesla |
272,06 |
-5,58 |
10 |
NVIDIA |
113,76 |
-5,74 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.