ABŞ-ın aparıcı şirkətlərinin səhmlərində son bir gündə dalğalanmalar müşahidə olunub.
Qızılın parıltısı güclənir - SON QİYMƏT
FED.az xəbər verir ki, ən çox bahalaşan səhmin sahibi Meta Platforms şirkəti olub. Bu şirkətin səhmi 4,34% artaraq 597,02 dollar səviyyəsində bağlanıb. Onun ardınca NVIDIA səhmləri də 2,59% artımla bağlanaraq 114,50 dollar olub və texnoloji səhmlərə olan marağın yüksək olduğunu göstərib.
Tesla (+2,38%), Microsoft (+2,32%) və Alphabet (Google) (+1,86%) kimi digər texnoloji şirkətlərin də səhmlərində artım qeydə alınıb.
Digər tərəfdən, ən çox ucuzlaşan səhmlərdən biri Apple səhmləri olub. Bu nəhəng texnologiya şirkətinin səhmi 3,74% dəyər itirərək 205,35 dollar səviyyəsinə düşüb. Amazon.com səhmləri də 0,12% ucuzlaşma ilə 189,98 dollara enib.
Ümumi mənzərə texnologiya sektorunun güclü mövqeyini göstərsə də, bəzi nəhəng oyunçuların, xüsusilə Apple-ın dəyər itirməsi bazarda seçici davranışın artdığını göstərir.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
205,35 |
-3,74 |
2 |
Amazon.com |
189,98 |
-0,12 |
3 |
Meta Platforms |
597,02 |
+4,34 |
4 |
Berkshire Hathaway |
539,80 |
+1,80 |
5 |
Visa |
347,60 |
+1,50 |
6 |
Johnson & Johnson |
156,12 |
+1,07 |
7 |
Microsoft |
435,28 |
+2,32 |
8 |
Alphabet (Google) |
165,81 |
+1,86 |
9 |
Tesla |
287,21 |
+2,38 |
10 |
NVIDIA |
114,50 |
+2,59 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.