“Tesla”nın səhmləri 20% bahalaşıb.
FED.az xəbər verir ki, elektormobil istehsalçısı olan “Tesla”nın səhmlərinin qiyməti son bir gün ərzində 20% bahalaşaraq tarixi rekord qırıb.
Eləcə də bax: 181 dollar yatırıb, 760 dollar qazanmaq olardı - YAXŞI QAZANC ÜSULU
Şirkətin səhmlərinin bahalaşdıqdan sonra qiyməti hər səhmə görə, 780 dollar təşkil edib. Qeyd edək ki, bu 2013-cü ildən bu yana ən böyük gündəlik artımdır. Bahalaşmadan öncə şirkətin səhmləri 650 dollar olub. Lakin bir gn ərzində şirkətin səıhmləri 130 bahalaşıb.
“Tesla”nın səhmlərinin qiymət artmasından sonra şirkətin kapitalı 140 milyard dollara çatıb. Qeyd edək ki, son bir il ərzində S&P 500 indeksində səhmləri 90% bahalaşan yeganə şirkət “Tesla”dır.
“Tesla”nın səhmlərinin bahalaşmasına səbəb isə Yaponiyanın Panasonic korporasiyasının uzun illərdiki “Tesla” ilə birlikdə istehsal etdiyi batareyalardan əldə etdiyi qazancı açıqladıqdan sonra baş verib.
Hazırda avtomobil şirkətləri arasında bazar kapitalına görə, Tesla yalnız Toyotadan geri qalır. Belə ki, Toyotanın bazar dəyəri 229,4 milyard dollar, Volkswagen 91 milyard dollar, Daimler 50 milyard dollar təşkil edir.
Bir müddət əvvəl isə “Tesla” 2019-cu ildə xərclərinin 12% və ya 862 milyard dollar azaldığını, gəlirlərinin isə 14,5% 24,578 kilyard dollar artdığını açıqlamışdı. Hesabatın açıqaldığı gün “Tesla”nın səhmləri 10,3% bahalaşmışdı.
Qeyd edək ki, ötən ay “Tesla2nın kapitalizasiyası ilk dəfə olaraq 100 milyard dolları ötmüşdü.