Dünənki birjalarda bəzi şirkətlərin səhmləri bahalaşdığı halda, digərləri ciddi dəyər itirdi.
“Tesla” səhmləri dekabr ayından bu yana 25% ucuzlaşıb
FED.az xəbər verir ki, Apple, gün ərzində 2,18% bahalaşaraq 233,62 dollara yüksəlib və siyahıda ən çox dəyər qazanan şirkət olub. Bundan əlavə, Johnson & Johnson 1,23%, Berkshire Hathaway isə 0,52% artımla müsbət nəticə göstərib.
Digər tərəfdən, ən böyük itki Teslanın səhmlərində qeydə alınıb. Şirkətin səhmləri 6,34% ucuzlaşaraq 328,50 dollara düşüb. NVIDIA da 0,58% geriləmə ilə qiymət itkisi yaşayan şirkətlər arasında yer alıb. Microsoft, Alphabet (Google) və Amazon.com kimi texnologiya nəhəngləri də müxtəlif faiz dərəcələri ilə dəyər itirib.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
233,62 |
+2,18 |
2 |
Amazon.com |
232,76 |
-0,16 |
3 |
Meta Platforms |
719,80 |
+0,33 |
4 |
Berkshire Hathaway |
472,61 |
+0,52 |
5 |
Visa |
350,72 |
+0,02 |
6 |
Johnson & Johnson |
156,13 |
+1,23 |
7 |
Microsoft |
411,44 |
-0,19 |
8 |
Alphabet (Google) |
187,07 |
-0,60 |
9 |
Tesla |
328,50 |
-6,34 |
10 |
NVIDIA |
132,80 |
-0,58 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür