ABŞ-ın aparıcı şirkətlərinin səhmləri sonuncu ticarət sessiyasını müsbət əhval-ruhiyyə ilə bağlayıb.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, məhşur on nəhəng şirkətdən altısı günü bahalaşma ilə başa vuraraq bazara nikbinlik gətirib.
Ən çox bahalaşan səhm Tesla şirkətinə məxsus olub. Şirkətin səhmləri 4,72 faiz artaraq 298,26 dollara yüksəlib. Bu artım Tesla-nın texnologiya və süni intellekt sahələrindəki inkişaflarının da bazarda yüksək dəyər qazandığını sübut edir.
Apple və Amazon da bu müsbət dalğadan payını alıb. Apple səhmləri 0,53 faiz artaraq 198,53 dollara çatıb, Amazon isə 0,51 faiz yüksələrək 193,06 dollardan bağlanıb.
Microsoft da günü artımla tamamlayan şirkətlər arasında yer alıb. Səhmlər 0,13 faiz bahalaşaraq 438,73 dollara yüksəlib. Berkshire Hathaway və Visa da kiçik faizlərlə artım göstərərək bazardakı sabitliyi qorumağa kömək edib.
Bununla yanaşı, bəzi texnologiya nəhəngləri üçün gün o qədər də uğurlu keçməyib. Meta Platforms-un səhmləri 0,92 faiz ucuzlaşaraq 592,49 dollara, Alphabet (Google) isə 0,88 faiz azalaraq 154,38 dollara düşüb. NVIDIA səhmləri də eyni istiqamətdə 0,61 faiz dəyər itirib və səhmləri 116,65 dollardan bağlanıb.
Səhiyyə sektorunun təmsilçisi Johnson & Johnson üçün də gün mənfi nəticə ilə yekunlaşıb. Şirkətin səhmləriən çox ucuzlaşan səhm kimi 0,93 faiz azalma ilə 154,22 dollar olub.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
198,53 |
+0,53 |
2 |
Amazon.com |
193,06 |
+0,51 |
3 |
Meta Platforms |
592,49 |
-0,92 |
4 |
Berkshire Hathaway |
513,74 |
+0,10 |
5 |
Visa |
352,54 |
+0,36 |
6 |
Johnson & Johnson |
154,22 |
-0,93 |
7 |
Microsoft |
438,73 |
+0,13 |
8 |
Alphabet (Google) |
154,38 |
-0,88 |
9 |
Tesla |
298,26 |
+4,72 |
10 |
NVIDIA |
116,65 |
-0,61 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.