Teslanın səhmləri cümə günü 8% artaraq şirkətin bazar dəyərini 1 trilyon dollardan yuxarı qaldırdı.
Tesla şirkətinin səhmləri Trampın Mask haqqında dediyi sözlərdən sonra bahalaşıb
FED.az xəbər verir ki, bu həftə səhmlər ABŞ-da Donald Trampın prezident seçkilərini qazanmasının ardından 29% yüksəlib. İnvestorlar Trampın Ağ Evə dönüşünün Tesla üçün faydalı ola biləcəyini düşünürlər, çünki Tesla-nın CEO-su Elon Mask Trampın kampaniyasını güclü şəkildə dəstəkləyib.
Tramp Çin mənşəli elektrik avtomobillərinə yüksək tariflər tətbiq etməyi düşünür, bu da Teslanın bazarda üstünlüyünü artıracaqdır.
Qeyd edək ki, Tesla üçüncü rübdə 25.18 milyard dollar gəlir və 2.17 milyard dollar xalis mənfəət əldə edib. Mask gələn il avtomobil istehsalında 20%-30% artım gözlədiyini bildirib və bunu daha ucuz avtomobillər və sürücüsüz texnologiya ilə əlaqələndirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.