Azərbaycan kapital bazarı istifadəçilərinin 90 %-dən çoxu institusional investorlardır.
ARDNF özəl səhm fondlarına investisiyaları 21 %-dən çox artırıb
FED.az xəbər verir ki, bunu "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin üzvü Tələt Kalayev Azərbaycan Sabit Gəlir Forumunun "Beynəlxalq Maliyyə İnstitutlarının Yerli Maliyyə Bazarlarındakı Rolu" panelində deyib.
Onun sözlərinə görə, Azərbaycan kapital bazarının əsas istifadəçiləri institusional investorlardır: "Bazarda istifadəçilərin 90-95 %-dən çoxu məhz bu qrupa aiddir.
"Azərbaycanda institusional investorların tərkibinə gəldikdə 80 %-i kommersiya bankları, 20 %-i sığorta şirkətləri, dövlətlə əlaqəli fondlar və bəzi kiçik özəl fondlardır", - T.Kalayev bildirib. (Report)