Teleqram 330 milyon dollar dəyərində istiqraz buraxıb ki, bu da messencerin daha da sürətlə genişlənməsinə imkan verəcək.
Telegram-da reklam gəlirlərinin yarısı kanal sahibləri ilə paylaşılacaq
FED.az xəbər verir ki, bu barədə platformanın təsisçisi Pavel Durov məlumat verib.
Durov qiymətli kağızlara yüksək tələbat olduğunu açıqlayıb. Onun sözlərinə görə, tranzaksiya iştirakçıları qüsursuz reputasiyaya malik ən yüksək səviyyəli qlobal fondlar olub və yerləşdirmə şərtləri şirkətin bütün tarixində teleqram üçün ən əlverişlisi olub.
“İstiqrazlarımıza artan tələbat göstərir ki, qlobal maliyyə institutları teleqramın auditoriyası və monetizasiyasının artmasına dəyər verir”. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.