Noyabr ayının 7-də “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə maliyyə və mühasibat ixtisasları üzrə təhsil alan tələbələr üçün “Dünya maliyyə bazarları: Birjalar və analitik təhlillər” mövzusunda onlayn formatda seminar keçirilib.
FED.az xəbər verir ki, seminar “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Maliyyə bazarları üzrə analitiki phd. Rövşən Məmmədov tərəfindən təqdim edilib.
Seminarda Maliyyə bazarları-Birjalar haqqında, birjanın növləri, birjanın iştirakçıları, Birjada ticarətin motivləri, Maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, Marjinal ticarət, Kredit çiyni, Meta Trader 4 ticarət proqramının izahı, Analitik təhlil üsulları və “Best İnvestor” – yarışması haqqında geniş məlumat verilmiş və tələbələr ilə birgə fikir mübadiləsi aparılıb.
Seminarda Bakı Biznes Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.