Bu gün sentyabrın 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10 milyon manatlıq 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib
BFB-dən FED.az-a verilən məlimata görə, bu dəfə hərracda tələb təklifdən 5,1 dəfə çox olub. Belə ki, hərrac zamanı 15 investordan qiyməti intervalı 95.6142 AZN (9.2499%) və 96.8606 AZN (6.5360%) olan 23 sifariş daxil olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 428 900 manat, yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96.4695 AZN (7.3800), orta ölçülmüş qiyməti 96.4780 AZN (7.3616%) müəyyən olunub.
İstiqrazların ödəmə tarixi 19 mart 2019-cu il.
Hərrac iştirakçıları 19 mart 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Tələb təklifi 5 dəfə üstələdi - HƏRRAC
20:25
18 Sen 2018