Dünyanın kriptovalyuta bazarı çöküb.
FED.az xəbər verir ki, bu gün kriptovalyuta birjalarında rəqəmsal valyutaların kəskin ucazlaşması baş verib.
Əsas kriptovalyuta sayılan bitkoin 40%-ə yaxın ucuzlaşaraq 31,6 min dollara enib. Sonradan qiymətlər bir qədər sabitləşib və hazırda bitkoin 35 min dollar ətrafında ticarət olunur.
Bitkoinlə yanaşı, digər kriptovalyutalarin qiymətində də kəskin çökmə baş verib. Ethereum da 40% ucuzlaşaraq 3350 dollardan 2010 dollara enib. Hazırda qiymətlər bir qədər yüksələrək 2500 dollarda sabitləşib.
Digər əsas kriptovalyuta – «Binance coin» bir neçə saat ərzində 41% ucuzlaşaraq 500 dollardan 295 dollara enib. Hazırda onun qiyməti 340 dollar ətrafındadır.
İlon Maskın sevimli coini – «Dogecoin» qısa müddətdə 2 dəfədən çox ucuzlaşaraq 48 sentdən 23,6 sentə düşüb. Hazırda onun qiyməti də bir qədər sabitləşərək 34 sent ətrafındadır.
Son günlərin populyar koini – bütün investorların diqqətini cəl bedən Shiba İNU da 2 dəfədən çox ucuzlaşıb. Onun qiyməti 0,00001572 dollardan 0,000006939 dollara düşüb.
Sonradan qiymətlər bir qədər artaraq 0,000009378 dollar olub.
Ümumiyyətlə, bazar kapitalına görə ən böyük 100 kriptovalyutadan 96-sı ucuzlaşıb. Onlardan 90-ı 10%-dən atıq, 85-i 20%-dən çox, 75 koin isə 30%-dən ucuzlaşıb.