Bu gün, iyulun 14-də Bakı Fond Birjasında (BFB) «TBC Kredit» BOKT MMC-nin 2 illik istiqrazlarının (AZ2006019163) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, 1 milyon manatlıq istiqraz çıxarılan hərracda 4 investor ümumilikdə 1 milyon manatlıq sifariş verib və istiqrazların hamısı satılıb.
İstiqrazların ödəmə tarixi 14.07.2024-cü ildir.