Amerikanın sürücüsüz yük maşını texnologiyaları hazırlayan «PlusAI» şirkəti ABŞ fond bazarına çıxmağa hazırlaşır.
FED.az xəbər verir ki, şirkət «Texas Ventures Acquisition III» adlı SPAC-la birləşmək barədə razılığa gəlib və əməliyyat PlusAI-ni təxminən 800 milyon dollar dəyərləndirir.
Qeyd edək kİ, investisiya cəlb edilməsi proseslərindən biri olan SPAC modeli - klassik IPO-dan fərqlənir. Burada proses belə işləyir - əvvəlcə faktiki əməliyyat biznesi olmayan “boş çek” şirkəti birjaya çıxarılır və investor vəsaiti toplayır. Daha sonra həmin şirkət PlusAI kimi real bizneslə birləşir və nəticədə «PlusAI» şirkəti ənənəvi IPO keçirmədən birja şirkətinə çevrilir.
Xatırladaq ki, «PlusAI» şirkəti kommersiya yük maşınları üçün avtonom idarəetmə proqramları hazırlayır. Sürücü çatışmazlığı, əmək xərclərinin yüksəlməsi və böyük logistika şirkətlərinin məhsuldarlığı artırmaq istəyi bu bazarı iri texnologiya və avtomobil şirkətlərinin əsas investisiya istiqamətlərindən birinə çevirib.
Sövdələşmənın 800 milyon dollar olması xüsusilə maraqlı məqamdır. Çünki sürücüsüz nəqliyyat sektoru sahəsi yeni olduğu üçün belə şirkətlərə pukl yatıranda onların indiki gəlirləri deyil, gələcək gəlirləri nəzərə alınır. Yəni investorları maliyyə nəticəsindən çox, bu proqram təminatının gələcəkdə nə qədər avtomobilə tətbiq ediləcəyi daha çox maraqlandırır.













