İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Dünya Bankının keçmiş baş iqtisadçısı Cozef Stiqlits (Jozeph Stiglitz) bitkoinin "köpük" olduğunu, onun müvəffəqiyyət qazanmasında isə nəzarətdən kənar qalmasının önəmli rol oynadığını qeyd edib.
FED.az xəbər verir ki, bu açıqlamanı Stiqlits "Bloomberg" televiziyasına müsahibəsində verib.
İqtisadçının fikrincə, "bitkoinin uğur qazanmasına səbəb nəzarət mexanizmlərindən və qanunlardan yayınması olub. Düşünürəm ki, bitkoin qanundankənar maliyyə aləti elan edilməlidir, onun heç bir sosial faydası yoxdur. Bitkoinin qiyməti yüksəlib endikdə, öz investorlarına çətin anlar yaşadacaq".
Buna baxmayaraq, hazırda dünyanın əsas fond birjaları bitkoinlə ticarətə başlamaq istəyir.
İqtisadçı texnologiya sahəsində innovasiyaları qəbul etdiyini, lakin bu proseslərin dövlətlər tərəfindən tənzimlənməsini vacib sayır.
@report