ABŞ-ın maliyyə məlumatları tədarükçüsü “S&P Global”ın bölməsi olan “S&P Dow Jones Indices” toplam kapitallaşması 1,2 trilyon ABŞ dollara çatan 243 aktivi özündə birləşdirən “S&P Cryptocurrency Broad Digital Market” (BDM) indeksini istifadəyə verib.
Eləcə də bax: “Cashback”ı bitkoinlə olan ilk bank kartı buraxılıb
FED.az xəbər verir ki, yeni indeks kriptovalyuta bazarının məcmu kapitallaşmasının 80 %-ni əhatə edir. BDM Nyu-Yorkdan olan “Lukka” firmasının məlumatlarına və hesablama metodologiyalarına əsaslanır.
Xatırladaq ki, 2019-ci ildə NASDAQ Fond Birjası 100 kriptoaktivi özündə ehtiva edən “CIX100” indeksini istifadəyə verdi. Ötən ilin dekabr ayında isə Çikaqo Opsionlar Birjası ETF-nin yaradılmasına uyğun gələn kriptovalyuta indekslərini təqdim etdi. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.