Milyarder Corc Sorosun fondu Soros Fondu Bitcoin-ə sərmayə yatıracağını açıqlayıb.
Eləcə də bax: Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı - Açıqlanıb
FED.az xəbər verir ki, Soros Fondunun Baş direktoru Dawn Fitzpatrick "Bloomberg"ə verdiyi müsahibəsində hazırda "bir az" koinləri olduğunu deyib.
Fitzpatrick kriptovalyutaların bazar dəyərinin 2 trilyon dollara çatdığını, 200 milyon istifadəçisinin olduğunu söyləyib. Fitzpatrick Bitcoin-in yalnız inflyasiyadan qorunmaq vasitəsi olmadığını, artıq "ana axında" iştirak etməyi bacardığını ifadə edib.
Dünyanın ən məşhur kriptovalyuta vahidi Bitcoin dünən 10% ətrafında bahalaşaraq 55 min dolları aşıb.
ABŞ-ın Maliyyə naziri Janet Yellen və ABŞ Qiymətli kağızlar və Birja Komissiyasının sədri Gary bu həftə kriptovalyuta əməliyyatlarını qadağan etmək planlarının olmadığını bildiriblər. (Marja)