“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 avqust tarixində baş tutub.
SOCAR istiqrazı sahiblərinin qazancı - 6 MİLYON DOLLARI KEÇDİ
FED.az xəbər verir ki, Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilən SOCAR İstiqrazları 7-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları məbləğində gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 7 milyon 875 min ABŞ dollarına yüksəlib (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.)
21 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 35 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 520-ni ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstqirazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 noyabr 2023-cü il tarixində baş tutacaq.
Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.