Azərbaycanın qiymətli kağızlar bazarında 19-23 fevral tarixlərində SOCAR İstiqrazları üzrə 1,65 milyon dollarlıq əməliyyat aparılıb. İstiqrazların marketmeykeri «PSG Kapital» şirkətinin məlumatına görə, ötən həftə təkrar bazarda 1 644 istiqraz alınıb-satılıb. Ötən həftə bazarda satılan istiqrazların böyük hissəsi fiziki şəxslər tərəfindən alınıb. İstiqrazların orta qiyməti 1 005,05 dollar olub.
2018-ci ildə SOCAR İstiqrazları ilə 11,9 milyon dollarlıq əməliyyat aparılıb.
Dövriyyəyə buraxıldıqdan indiyədək SOCAR İstiqrazları ilə aparılan əməliyyatların həcmi 134,6 milyon dollar təşkil edir.
Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazların nominal qiyməti 1000 dollar, illik gəlirliyi 5%-dir. İstiqraz buraxılışınını marketmeykeri “PSG Kapital” şirkətidir.
SOCAR-ın geri alma zəmanəti ilə istiqazları istənilən vaxt əldə etmək və ya satıb nağd pula çevirmək mümkündür.
SOCAR İstiqrazlarını fiziki şəxslər aldı
13:26
28 Fev 2018