16-20 aprel tarixlərində qiymətli kağızlar bazarında SOCAR İstiqrazları üzrə 2,28 milyon dollarlıq əməliyyat aparılıb. İstiqrazların marketmeykeri «PSG Kapital» şirkətindən FED.az-a verilən məlumata görə, ötən həftə təkrar bazarda 2 270 istiqraz alınıb-satılıb. İstiqrazların orta qiyməti 1 002,88 dollar olub.
2018-ci ildə SOCAR İstiqrazları ilə 22,8 milyon dollarlıq əməliyyat aparılıb. Dövriyyəyə buraxıldıqdan indiyədək SOCAR İstiqrazları ilə aparılan əməliyyatların həcmi 145,5 milyon dollar təşkil edir.
Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazların nominal qiyməti 1000 dollar, illik gəlirliyi 5%-dir. SOCAR-ın geri alma zəmanəti ilə istiqazları istənilən vaxt əldə etmək və ya satıb nağd pula çevirmək mümkündür.
SOCAR İstiqrazlarına «axın» başlayıb
15:20
25 Aprel 2018