Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına yatırım edən investorların indiyədək əldə etdiyi gəlir məlum olub.
FED.az xəbər verir ki, fevralın əvvəlində SOCAR istiqrazlarının sahibləri bu qiymətli kağızlara yatırım üzrə 13-cü faiz ödənişini alıblar.
Həmin gün SOCAR istiqrazlarının sahiblərinin hesabına 1 milyon 125 min dollarlıq ödəniş edilib. Bu ödənişdən sonra istiqraz sahiblərinin onlardan əldə etdiyi gəlirlər 14 milyon 625 min dollara yüksəlib. «SOCAR Capital» şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 may tarixində baş tutacaq.
İstiqrazlar başa çatanadən onların toplam gəliri 22,5 milyon dollar olacaq.
Qeyd edək ki, ilk dəfə 2016-cı ildə buraxılan SOCAR istiqrazları artıq 8 ildir ki, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqrazdır.