Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına görə 8-ci kupon ödənişi həyata keçirilib.
SOCAR istiqrazı sahiblərinin qazancı - 6 MİLYON DOLLARI KEÇDİ
FED.az bu barədə Milli Depozit Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, istiqraz sahiblərinə daha 1,125 milyon ABŞ dolları ödənilib və investorların ümumi gəliri 9 milyon dollara yüksəlib.
Qarşıda daha 12 kupon ödənişi və 13,5 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.
Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 4,5%-dir. Faizlər rübdə bir dəfə ödənilir.
SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə etmək mümkündür.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.