Dövlət Neft Şirkətinin (SOCAR) noyabrın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayterliyi ilə yerləşdirdiyi, noyabrın 2-dən isə təkrar bazar əməliyyatlarına start verilmiş yeni istiqrazları üzrə tərəflər arasında üçtərəfli market-meyker müqaviləsi bağlanılıb.
Eləcə də bax: 1 həftəyə tələbat kəskin artdı – 1075 DOLLARDAN SATILDI
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, bu müqavilə ilə qiymətki kağızların təkrar bazarda likvidliyi təmin edilir. Belə ki, SOCAR investisiya şirkəti vasitəsilə gündəlik alış-satış öhdəliyi götürüb. Şirkət təkrar bazarda satışa çıxarılan istiqrazları tam şəkildə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə təmin edəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.