14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
PAŞA Kapital-dan SOCAR-ın yeni “yaşıl” istiqrazlarına - İNVESTİSİYA FÜRSƏTİ
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, Emitentin müraciətinə əsasən qeyd olunan istiqrazların abunə yazılışı 15 yanvar 2025-ci il tarixindən başlayaraq 28 fevral 2025-ci il tarixinə kimi, ticarəti isə 7 mart 2025-ci il tarixindən etibarən keçiriləcəkdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003019893
İstiqraqzların növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 200 000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 ABŞ dolları
Buraxılış həcmi: 200 000 000 ABŞ dolları
İllik gəlirlilik faizi: 6%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla
Tədavül müddəti: 5 il
Ticarətə buraxılma tarixi: İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC