“Silk Vey Vest Aviasiya” MMC (Silk Way West Airlines) 30 milyon ABŞ dolları dəyərində istiqraz buraxır.
FED.az bu barədə şirkətin Emissiya prospekti və ya informasiya memorandumunda istinadən xəbər verir.
Belə ki, şirkət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 30 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları buraxacaq.
İstiqrazlar üzrә illik faiz dәrәcәsi 5.5 (beş tam onda beş) faiz tәşkil edir. İstiqrazlar üzrә ödәnilmәli olan faizlәr istiqrazların tәdavül müddәtindә (buraxılışda olan ilk istiqrazın yerlәşdirildiyi tarixdәn etibarәn 3 (üç) il müddәtindә, ildә günlәrin sayı 360 (üç yüz altmış) olaraq götürülmәklә) hәr 3 (üç) tәqvim ayından bir ödәnilir. Ödәniş tarixi qeyri-iş gününә tәsadüf etdikdә, faiz ödәnişi növbәti ilk iş günü ödәnilir. Ödәnişlәr bank hesabları vasitәsilә nağdsız qaydada hәyata keçirilir. İstiqrazların nominal dәyәri sonuncu kupon ödәnişi ilә birlikdә ödәnilәcәk
Anderrayter "PAŞA Kapital İnvestisiya Şirkәti" QSC-dir.