2020-ci il iyun ayının 24-də saat 11:00-da “Göygöl Şərab Zavodu” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycanda taxıl şirkətinin - SƏHMDARLARI TOPLAŞIR
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə 2019-cu il üzrə maliyyə hesabatının dinlənilməsi daxildir.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla həftənin bazar ertəsi - cümə günləri saat 14:00-dan 18:00-dək “Göygöl Şərab Zavodu” açıq səhmdar cəmiyyətinin mühasibatlığında tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir.
Ünvan: Göygöl şəhəri, H.Əliyev pr.2