14 aprel 2020-ci il saat 10.00-da “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Nəqliyyat şirkəti özünə - YENİ RƏHBƏR SEÇƏCƏK
FED.az-ın məlumatına görə, yığıncağın gündəliyinə cəmiyyətin 2019-cu il fəaliyyyəti haqqında illik hesabatı, cəmiyyətin mühasibat balansının təsdiqi, mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti məsələləri daxildir.
Səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinin materialları ilə müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.
Səhmdarların növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 nömrəli ünvanda (keçmiş Kənar küçəsi 3), “Gəncə Şərab -2” ASC-nin inzibati binasında keçiriləçəkdir.
Əlaqə telefonu- (022)-255-07-01.