Dünya bazarında şəkər sürətlə ucuzlaşır.
FED.az xəbər verir ki, ABŞ-da şəkərin qiyməti 2021-ci ilin yayından bəri ən aşağı həddidir. Ucuzlaşmaya səbəb, şəkərin əsas istehsalçısı olan Braziliyada bu il bol məhsulun gözlənilməsi və Hindistandan ixracın bərpa olunmasıdır.
«Trading Economics»in məlumatına görə, nəticədə bu gün Londonun ICE birjasında bu ilin martına olan fyuçers müqavilələrində şəkər 2,5% ucuzlaşıb və 1 funtu (440 qram) 17,77 sentə enib.
Xatırladaq ki, dünyada şəkər icxracına görə ikinci yeri tutan Hindistanın hökuməti bu il ölkədən 1 milyon tondan artıq şəkərin ixracına dair kvota müəyyən edib.
Ümumilikdə ölkə bu il ərzində 27 milyon ton şəkət istehsal etmək niyyətindədir.