Britaniyanın «Revolut» servisi istifadəçilərə yeni xidmət təqdim edib. FED.az xəbər verir ki, istifadəçilər mobil tətbiq vasitəsilə səhmləri komissiya ödəmədən alıb-sata bilərlər. Qeyd edək ki, oxşar imkanları amerikan startapı «Robinhood» da təqdim edir.
Eləcə də bax:Azərbaycan nefti 2%-ə yaxın - BAHALAŞIB
«Revolut»dan verilən məlumata görə, istifadəçilər hələlik NASDAQ və NYSE birjalarındakı 300 şirkətin səhmlərini alıb-sata bilərlər. Gələcəkdə isə bu siyahıya Böyük Britaniya birjalarında, eləcə də ETF birjasındakı səhmlər də əlavə olunacaq. «Revolut»da alınıb satılacaq səhmlərin həcmi ilə bağlı məhdudiyyət yoxdur.
Bununla yanaşı, qeyd edək ki, hələlik yeni funksiya (yəni komissiyasız ticarət) yalnız «Revolut Metal» kartının sahiblərinə aiddir. Bu kart üçüen aylıq ödəniş 14 dollardır. Bundan başqa, ay ərzində 100-dən artıq müqavilə bağlayan istifadəçilər növbəti hər müqavilə üçün 1 dollar, ümumi aktivlərin saxlanmasına görə isə ildə 0,01% komissiya ödəməli olacaqlar.
Gələcəkdə isə başqa statuslu istifadəçilər də bu imkandan faydalana biləcəklər. «Revolut Premium» statusunun sahibləri ayda 8, sadə «Revolut» statuslular isə ayda 3 pulsuz müqavilə bağlaya biləcəklər.
Qeyd edək ki, adı çəkilən xidmətlər ABŞ-ın «Robinhood» platformasını çox xatırladır. Ötən il bu şirkət 110 milyon dollar yatırım cəlb eləmişdi. Amma «Robinhood» daha çox ABŞ birjalarına, «Revolut» isə Avropa birjalarına yönəlib.