Bakı Fond Birjası (BFB) 2017-ci ilin nəticələrinə görə, öz səhmdarlarına dividend ödəyib.
Birjadan FED.az- verilən məlumata görə, «Bakı Fond Birjası» QSC-nin 25 may 2018-ci il tarixində keçirilmiş Səhmdarlarının növbəti Ümumi Yığıncağında qəbul edilmiş qərara əsasən BFB-nin səhmdarlarına 2017-ci il üzrə xalis mənfəətdən hər bir adi adlı səhm üzrə 80 manat olmaqla (bir səhmin nominal dəyərinin 40% məbləğində) məbləğində dividendin ödənilməsi həyata keçirilib.
Xatırladaq ki, BFB-nin nizamnamə kaitalı 1 milyon 260 min manatdır. Kapital hər birinin qiyməti 1200 manat olan 6300 səhdən formalaşıb. Səhmlərin hər biri üzrə 40% və ya 80 manat dividend ödəniləcəyini nəzərə alanda, səhmdarlara ümumilikdə 504 min manat dividend ödəniləcək.
Səhmdarlarina 500 min manat ödədi – BFB GƏLIRLƏ İŞLƏYİR
13:09
29 İyun 2018