“Lənkəran Balıq Kombinatı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 5 yanvar 2022-ci il saat 14.00-da Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Lənkəran Balıq Kombinatı”nın direktorunun açıqlamasında bildirilir.
Yığıncağa “Lənkəran Balıq Kombinatı” ASC-nin 2020-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi; ASC-nin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi və digər məsələlər daxil edilib.
Xatırladaq ki, “Lənkəran Balıq Kombinatı” ASC 2003-cü ildə, Lənkəran Balıq Konservdə yaradılıb. Onların nizamnamə kapitalı 304 776 manatdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür